00:00:00
Yazar
Admin User
10.11.2025 15:03 97 3 dəq oxuma
Dünya

Siyarto: Rusiya–ABŞ sammiti yalnız Ukrayna üzrə razılaşma olarsa keçiriləcək

Siyarto: Rusiya–ABŞ sammiti yalnız Ukrayna üzrə razılaşma olarsa keçiriləcək

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Rusiya və ABŞ arasında sammit yalnız Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşma əldə olunarsa baş tutacaq.

 

Nazir deyib ki, ABŞ Prezidenti Donald Tramp sülh təşəbbüslərini davam etdirmək niyyətindədir və danışıqlar müharibənin bitməsinə gətirə bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki,ABŞ-Rusiya sammitinin baş tutması indiki şərtlər daxilində az ehtimal olunur:

 

 "Çünki hər iki tərəfdən, xüsusilə Amerika tərəfdən belə bir bəyanat səslənib ki, Ukrayna üzrə ABŞ-Rusiya sammiti ancaq razılaşmanın perspektivləri göründüyü şərtlər daxilində mümkündür. Yəni bu o deməkdir ki, razılıq əldə olunmayacağı bəlli olduğu halda həmin sammit sadəcə olaraq keçirilməyəcək. Əslində 1 ay bundan əvvəl Budapeştdə təyin olunmuş sammitin baş tutmayacağı da öncədən bəlli idi. Çünki Ukrayna və Rusiyanın razılığa gəlmək üçün platformaları və mövqeyləri kəskin şəkildə bir-birindən fərqlənirdi. Belə bir şəraitdə Tramp və Putinin bir araya gəlməsi sadəcə olaraq, mümkünsüz idi. Əlbəttə, əgər Ukrayna üzrə Rusiya-ABŞ razılaşması əldə olunarsa, bu təbii ki,bütün Avropada gedən siyasi təhlükəsizlik proseslərinə öz təsirini göstərəcək. Ona görə ki, bütün Avropanın bu gün diqqəti, narahatlığı əsasan Ukrayna məsələsi ilə bağlıdır. Amma açığını deyək ki, Macarıstanın bu məsələdə vasitəçiliyinin ciddi bir effekt verəcəyi gözlənilmir. Ona görə ki, Macarıstan bu münaqişənin əsas tərəflərindən yalnız biri ilə yaxşı münasibətlərdədir. Buda Macarıstanın Rusiya ilə münasibətlərinə şamil olunur. Amma Macarıstanın Ukrayna ilə və Avropa birliyinin yerdə qalan əsas və həlledici hissəsi ilə münasibətləri o qədər də yumuşaq və hamar deyil. Belə şəraitdə Macarıstanın vasitəçiliyindən yox, sadəcə olaraq danışıqlara platforma verməsindən danışmaq olar. Yəni Macarıstan vasitəçilik yox, sadəcə olaraq tərəfləri görüşdürmək təşəbbüsündən çıxış edə bilər ki, açığı indiki şərtlər daxilində bu təşəbbüsün də ciddi nəticə verəcəyi gözlənilmir. O ki, qaldı Trampın sülh təşəbbüslərinin nəticə verib-verməyəcəyinə. Əlbəttə, burada da perspektivlər o qədər də parlaq deyil. Ona görə ki, Tramp Ukrayna məsələsinin nizama salınması üçün hələlik aydın olan və ümumi bir konsepsiya ortaya qoymayıb. Bunun müəyyən hissələr formasına ortaya qoyduğu təkliflər isə bir halda Rusiyanı təmin etmir, digər halda Ukraynanı təmin etmir. Və daha ümumi şəkildə yanaşsaq, Trampın Ukrayna probleminin həlli ilə bağlı indiyə qədər səsləndirdiyi bəyanatlar beynəlxalq hüququn qüvvədə olan normaları ilə uyğun gəlmir. Çünki, Ukraynanın ərazi bütövlüyü, suverenliyi kimi anlayışların tam mənada müdafiəsindən çıxış etmir. Belə bir şəraitdə isə Ukraynanın Trampın etdiyi sülh təkliflərinə sona qədər dəstək verəcəyi inandırıcı deyil. Beləliklə, Trampın səylərinin davam edəcəyi şübhəsizdir Ukrayna ilə bağlı. Amma Tramp Ukrayna probleminin həlli ilə bağlı tərəfləri qane edən beynəlxalq hüquq normalarına uyğun yetkin bir konsepsiya ortaya qoyana qədər onun Ukrayna təşəbbüslərinin ciddi bir nəticə verəcəyini düşünmürəm".

 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər