00:00:00
Yazar
Admin User
19.09.2025 19:27 104 1 dəq oxuma
Siyasət

Siyasi iradənin və xalqın birliyinin təntənəsi

Siyasi iradənin və xalqın birliyinin təntənəsi

Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə hörmət edir, eyni zamanda hüquqlarını qorumaqda heç kəsə güzəştə getməyəcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində politoloq Oqtay Qasımov bildirib ki, antiterror əməliyyatların keçirilməsi ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin olunması imkan verdi:

 

“Azərbaycanda separatizmin kökü kəsildi, Azərbaycana təhdidlər ortadan qaldırıldı və Azərbaycan özünün ərazi bütövlüyünü tam şəkildə bərpa etməklə, son onilliklərdə İkinci dünya müharibəsindən sonra öz ərazilərini öz gücünə parlaq qələbə ilə təmin etmiş yeganə ölkə olaraq tarixə keçdi və eyni zamanda, bu tədbirlər həyata keçirilərkən beynəlxalq hüquq və beynəlxalq savaş hüququna və beynəlxalq konvensiyalara tam əməl olunmaqla yuvili şəkildə bir əməliyyat keçirdi. Bu əməliyyatlar zamanı hansısa bir dinc sakin xəsarət aldı və Qarabağda məskunlaşmış 15 minə yaxın Ermənistan ordusu və separatçı tör töküntü və terrorçu dəstələrin tamamilə silahsızlığın silahsızlaşdırılması həyata keçirildi, tərksilah edildilər. Azərbaycan dünya həm də müasir savaş əxlaqını örnək olaraq ortaya qoydu. Qeyd etdiyim kimi, bu əməliyyatlar zamanı hansısa bir dinc sakin və dinc mülki obyektə zərər dəymədi. Bu, şübhəsiz ki, Azərbaycan Prezidenti, Xalq cəmiyyət, dövlət birliyi və iradəsi ilə həyata keçirilən bir əməliyyat oldu“.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər