00:00:00
Yazar
Admin User
11.09.2025 17:36 126 2 dəq oxuma
Siyasət

Siyasi məsləhətləşmələr

Siyasi məsləhətləşmələr

Azərbaycan XİN-in məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov Serbiya XİN-in dövlət katibi Damyan Yoviçi qəbul edib. Görüşdə Azərbaycan–Serbiya strateji tərəfdaşlığı, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a bildirib ki, bu əməkdaşlıq hər iki ölkəyə fayda verir və qarşılıqlı maraqlara xidmət edir:


"Azərbaycan-Serbiya münasibətləri son illərdə yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələr həm siyasi, həm də iqtisadi sahələrdə möhkəmlənməkdədir. Bu münasibətlərin nə Avropa İttifaqı, nə də Rusiya ilə birbaşa əlaqəsi yoxdur. Bu əməkdaşlığa Avropa İttifaqının və ya Rusiyanın reaksiyası əsas əhəmiyyət daşımır. Bildiyimiz kimi, Azərbaycan hal-hazırda Avropanın 10 ölkəsinə qaz ixrac edir, onlardan 8-i Avropa İttifaqının üzvüdür. Serbiya da Azərbaycan qazı alan ölkələrdən biridir. Bu baxımdan Serbiya ilə əməkdaşlıq Azərbaycanın Avropadakı mövqeyini gücləndirən vacib bir amildir. Son görüşlər, xüsusilə Xarici İşlər Nazirlərinin təması, iki ölkə arasında davam edən dostluğun göstəricisidir və bu, normal və müsbət bir prosesdir.
Azərbaycan-Serbiya münasibətlərinin Rusiyaya qarşı yönəlik xarakter daşıdığını düşünmürəm. Serbiyanın Rusiya ilə öz münasibətləri var, bu əlaqələr onların daxili məsələsidir. Azərbaycanın Serbiya ilə qurduğu əlaqələr isə tamam fərqli bir istiqamətdə inkişaf edir və bu vektorlar bir-biri ilə toqquşmur.
Bu səbəbdən də Azərbaycan və Serbiyanın diplomatik rəhbərlərinin görüşlərini adi və müsbət əməkdaşlığın davamı kimi dəyərləndirmək lazımdır".


Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər