00:00:00
Yazar
Ayan Sədi
09.04.2026 10:37 22 1 dəq oxuma
Dünya

Siyasi zəlzələ! – Atəşkəs İsraildə qarışıqlıq yaradıb

Siyasi zəlzələ! – Atəşkəs İsraildə qarışıqlıq yaradıb

 

 

ABŞ və İran arasında atəşkəs razılaşması İsraili şoka salıb. Həm müxalifət, həm də koalisiya hökuməti bu qərarı sərt şəkildə tənqid edib. Ana müxalifət partiyasının lideri Yair Lapid atəşkəs rejimini "İsrail tarixindəki ən böyük siyasi fəlakətlərdən biri" kimi qiymətləndirib. İsrailin danışıqlar masasında iştirak etməməsini tənqid edən Lapid bu qərarın ölkənin təhlükəsizliyi üçün ciddi nəticələr verə biləcəyini bildirib.

 

 

Lapid hökuməti hədəfə alaraq, Baş nazir Benyamin Netanyahunu "strateji uğursuzluqda" günahlandırıb və "ölkənin uzunmüddətli perspektivdə ağır bədəl ödəyə biləcəyi" barədə xəbərdarlıq edib. Oxşar sərt tənqidlər koalisiya tərəfindən də gəlib. İfrat sağçı Otzma Yehudit millət vəkili Fogel ABŞ prezidenti Donald Trampa reaksiya verib. Fogel “ördək” ifadəsindən istifadə edərək, “Donald, həqiqətən qorxdun və qaçdın”,-sözləri ilə Trampı hədəfə alıb.

 

 

CNN Türk

Aydan Əsgərxanlı

#siyasi #qarışıqlıq #zəlzələ! #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər