Slovakiya Ukraynadan olan qaçqınlar üçün müavinətləri azaldıb
Slovakiya prezidenti Peter Pelleqrini yaşayış xərclərini kompensasiya etmək üçün Ukraynadan olan qaçqınlara verilən müavinətləri azaldıb. Bu barədə "İnformator.az" RİA Novostiyə istinadən xəbər verir.
“Pelleqrini Ukraynadan olan qaçqınların mənzillə təmin olunmasına görə kompensasiyaların ödənilməsini məhdudlaşdıran qanun imzalayıb”, - agentliyin nəşrində deyilir.
Bundan əvvəl Slovakiyanın Müdafiə Nazirliyi ölkənin əvvəlki hökumətinin Ukrayna Silahlı Qüvvələrinə MiQ-29 təyyarələri və hava hücumundan müdafiə sistemlərinin verilməsi barədə qərarının təxribat aktı olduğunu bəyan edib .
