00:00:00
Yazar
Admin User
29.08.2025 08:08 120 1 dəq oxuma
Sosial

SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır

SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (244,2 milyon ABŞ dolları) məxsus olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın avqust sayında bildirilir.

 

Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (157,9 milyon ABŞ dolları), "AzerGold" QSC (125,1 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (76,7 milyon ABŞ dolları), SOCAR-ın Qaz İxrac İdarəsi (37 milyon ABŞ dolları), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (23,9 milyon ABŞ dolları), "SOCAR-Dalğıc" MMC (1,9 milyon ABŞ dolları), "Azərbaycan Dəmir Yolları" QSC (ADY, 1,5 milyon ABŞ dolları), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (594,4 min ABŞ dolları) və Prezidentin İşlər İdarəsinin tabeliyindəki "İstisu Mineral Su Zavodu" MMC (562,4 min ABŞ dolları) qərarlaşıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər