00:00:00
Yazar
Admin User
29.08.2025 08:16 121 1 dəq oxuma
Sosial

"SOCAR Polymer" ixrac gəlirlərini 14 %-dən çox artırıb

"SOCAR Polymer" ixrac gəlirlərini 14 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 157,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

 

"İnformator.az" ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında bildirilir.

 

Bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 19,7 milyon ABŞ dolları və yaxud 14,2 % çoxdur. Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 % artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər