00:00:00
Yazar
Aysel Mirzəyeva
22.02.2026 14:32 5 1 dəq oxuma
Dünya

Somalilənd ABŞ-yə strateji tərəfdaşlıq təklif edib

Somalilənd ABŞ-yə strateji tərəfdaşlıq təklif edib

Somalinin beynəlxalq səviyyədə tanınmayan, lakin de-fakto müstəqil fəaliyyət göstərən "Somalilənd" bölgəsi ABŞ-yə genişmiqyaslı tərəfdaşlıq paketi təklif edib.


"İnformator.az" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

 

Məlumata görə, “Somalilənd”administrasiyası Vaşinqtonla münasibətləri yeni müstəviyə daşımaq məqsədilə öz ərazisindəki zəngin faydalı qazıntı yataqlarına müstəsna giriş hüququ verməyə hazır olduğunu bəyan edib.

 

Həmçinin ABŞ-yə “Somalilənd”ərazisində hərbi baza yaratmaqla bağlı təklif irəli sürülüb.


Xatırladaq ki, “Somalilənd”1991-ci ildə Somalidən ayrılaraq müstəqilliyini elan etsə də, hazırda beynəlxalq birlik tərəfindən rəsmən tanınmır.

#edib #gündəm #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər