Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edilib
Fələstin Prezidenti Mahmud Abbas parlament seçkisinin keçirilməsi haqqında fərman imzalayıb.
"İnformator.az" "Wafa" agentliyinə istinadən xəbər verir ki, yerli parlamentə - Fələstin Qanunvericilik Şurasına seçki bu il noyabrın 28-nə təyin edilib.
Sözügedən seçki baş tutacağı təqdirdə, son 20 ildə ilk seçki olacaq. Fələstin ərazilərində sonuncu dəfə analoji seçki 2006-cı ilin yanvarında keçirilib. Həmin vaxt yerlərin yarısından çoxunu (132 yerdən 74-nü) HƏMAS namizədləri qazanıb, hakim FƏTH partiyası 45 mandat əldə etmiş, qalan yerlər isə yerli kiçik partiya və hərəkatlar arasında bölüb.
Parlament 2018-ci ildə Konstitusiya Məhkəməsinin qərarı ilə buraxılmışdı. 2021-ci ildə də Fələstin Qanunvericilik Şurasına seçki elan edilsə də, baş tutmayıb.