00:00:00
Yazar
Səadət Əlizadə
20.07.2026 19:42 171 2 dəq oxuma
Siyasət

Son Əraqçi: Netanyahu İranı parçalamaq istəyir

Son Əraqçi: Netanyahu İranı parçalamaq istəyir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu İslam Respublikasını məhv etmək istəyir.
 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İsrail və İran arasındakı gərginlik fonunda müxtəlif bəyanatlar və tərəflərin qarşılıqlı təhdidləri bəzən reallıqdan uzaq olur:

 

"İran əksər addımlarında yalnız regionda vəziyyətin gərginləşməsinə xidmət edib. İranın İsrailə təhdidləri Yaxın Şərqdəki durumun daha da dalana dirənməsinə səbəb olub. Uzun illərdir davam edən İran - İsrail münaqişəsinin Fələstin, Suriya və Livana heç bir faydası olmayıb. İran əslində Fələstini bəhanə edib bölgəni ələ keçirmək, coğrafi olmasa da ən azı ideoloji işğala məruz qoymağı məqsəd qoyub. Biz bunu Əsəd Suriyasında İranın məzhəbçilik üzərindən müsəlman əhaliyə qarşı Rusiya ilə birgə həyata keçirdiyi çoxsaylı soyqırımı aktlarında müşahidə etdik. Əgər İran təhdidi olmasaydı İsrail bu qədər azğınlaşa, bu qədər qırğınlar törədə bilməzdi. Ən azı buna əlində əsas olmazdı. Lakin İran təhdidi İsrailə hər zaman qol - qanad almağa fürsət verib. İsrail qonşu ölkələrin torpaqlarını yaxud Qəzzanı İran təhdidi qarşılığında ələ keçirməyə cəhd edir. İndiki dövrdə isə İsrailin özü də İranın bu məqsədini anlayır ki, o Fələstin üçün savaşmır. İran yalnız bölgədə şiə hakimiyyətləri qurmaq və beləcə regionu təsir altına salmaq üçün savaşır. İrana nə Fələstin müsəlmanları, nə də müqəddəs Qüds maraqlıdır. İran müsəlman təssübünə görə Fələstin uğrunda savaşsaydı Hindistanın Kəşmirdə, Çinin də uyğurlara qarşı zülmünə dəstək verməzdi. İsrail hər nə qədər İranın onlara verdiyi fürsət və imkanlardan istifadə edib Livanı, Suriyanı, Fələstini təhdid altında saxlasa da daha irəliləyə bilmir. Suriyanın keçmiş hakimiyyəti İsrailə daha sərfəli idi. Əsədin gedişindən sonra artıq İranın İsrailə Əsəd vasitəsilə verməyəcəyi fayda da məhdudlaşıb. Artıq yeni Suriya hakimiyyəti Hizbullaha gedən silahları müsadirə edir. Belə olduğu halda, xüsusən də Türkiyə yönümlü bir hakimiyyətin olduğu halda vəziyyət İsrailə sərf etmir və İranın ona faydası da əldən çıxmış olur. Hazırda İranda hakimiyyət arasında ziddiyyətlər var. İkili hakimiyyət mövcuddur. İsrail əslində İran rejimini tam sıradan çıxarmaq yox, özünə daha çox fayda verən hala gətirmək istəyir. Əsəd zamanında İran qarşı bu qədər hücumların olmaması kəsb etdiyi fayda baxımından idi. İranın indiki durumu İsrailə sərf etmədiyi üçün İran rejimini dəyişmək istəyir".

 

Səadət Əlizadə

#istəyir #netanyahu #əraqçi: #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər