00:00:00
Yazar
Admin User
19.09.2025 16:27 115 3 dəq oxuma
Sosial

Sosial media trendləri

Sosial media trendləri

Hər gün demək olar ki, sosial şəbəklərdə nələrsə trend olur. Nəbzi tutmaqsa, bir o qədər çətindir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında digital marketinq mütəxəssisi Elvin Əsgərov bildirib ki, trendlər əslində bir neçə sahəyə təsir edir:


"Sosial mediada yaradılan trendlər iki yerə bölünür: bir təbii şəkildə yaradılmış trendlər, bir də süni şəkildə yaradılmış trendlər. Təbii şəkildə yaradılmış trendlərə baxsaq bu çox vaxt hansısa məşhurların nə zamansa dediyi sözlər, verdiyi müsahibələr və ya hansısa kinolar ola bilər. Onların səslərindən kəsit edib ona tam tərs və ya uyğun başqa bir görüntünün üzərinə salaraq təbii şəkildə trend yaratmaq olur. Hansı ki insanlar bunu bir-birinə göndərir.


Məsələn məşhur videomuz var ki, 100 milyondan çox insanın izlədiyi İlhamə Quliyevanın "mən insanlara köməklik edirəm" deyə bir səsi var idi. Özümüz parkinqde yoldaşımın mənə 50 qəpik verməsinin üzərinə salıb organik şəkildə 100 min və daha çox insanın bir-birinə göndərməsinə gətirib çıxarır. Süni şəkildə yaradılan trendlərdə isə fərqli məsələlər var. Hansı ki, əvvəlcədən planlanlanır və yaxuda ki, işin arxasında hər hansısa ajanslar olur.


Deyək ki, hansısa məşhur əvvəlcədən mahnısını çıxarır və ya mahnısının müəyyən bir hissəsini sosial mediada insanların oynayaraq video çəkməsinə uyğun yazır bilərəkdən və bu bir neçə influencerlarda paylaşılandan sonra digər insanlar da oynayaraq o mahnıya video çəkirlər. Artıq belə bir trend yaranmış olur. Hansı ki, buna süni yaradılmış trend deyilir. Bu həm xaricdə həm də, Azərbaycanda da olur.


Trendlerin ömrünün qısa olmasına səbəb isə burda yaradılan kontentdə heç bir problemin həllinə yönəlik bir dəyərin olmaması və yaxudda ki, insanların zövqünə toxunan dəyərin olmamasıdır. Məsələn bir şeir olsun, bir mahnı olsun hansı ki insanların zövqünə toxunan və ya hikmətli sözlər ola bilər ki uzun müddətli qalır. Ancaq trend şəklində olanda bunlar qısa müddətdə insanlar bir-birinə göndərir sonra isə insanların yadından çıxır. Yəni hər hansısa problemin həllinə yönəlik kontent olmadığına görə insanlar bunu maksimum 1-2 həftə danışır və buna uyğun video, paylaşım hazırlayıb sonra yaddan çıxarırlar.


Bu trendlərin insanlara necə və nə dərəcədə təsir göstərməsinə gəldikdə, məsələn hər hansısa bir trend yaradılıb, izləyici sayısı az olan influencer, blogger və ya öz səhifələsini blog kimi işlədən şəxslər bu trendlərdən istifadə edib paylaşım hazırlayanda, o trend musiqinin sayəsində yüz minlərlə insan tərəfindən izlənir və izləyici sayı artır. İnsanlara bu tərəfdən təsirləri var.


Bu trendlər üçün çəkilən kontentlər var. Bu kontentlərin çəkilmə prosesində bunu çəkənlər sadəcə gülüb-əylənirlər. İşin arxa tərəfində bəzən mobilyoqraf, videoqraf dediyimiz və yaxudda ki hansı ki bir məhsullar var ki istifadə edilməlidir. Onlara isə pul xərclənilir. Ona görə də bu trendlər əslində bir neçə sahəyə yaxşı təsir edir. Həm insanlar orada yaxşı vaxt keçirir. Bir araya gələndə həm də o trendlərin çəkilməsi üçün hansısa paltarlar alına bilər, hansısa yerlərə gedilə bilər. Bura da pullar xərcləndiyinə görə artıq yan sahələrə də ekonomik olaraq yaxşı təsir edir.


Bir kontentin trend olması üçün insanlar burada ya özlərini görməlidir hansı ki baxıb əylənsinlər və yaxud da insanlar bir-birlərinə göndərmə edərək bu kontenti trendə çevirirlər.


İnstagramın öz ceo'nun belə son zamanlarda dediyi bir şey var ki, biz artıq instagramda göndərilən videoların nə qədər çox insan tərəfindən bir-birinə göndərildiyinə baxırıq, yəni ona fokuslanırıq ki, bir kontent insanlar tərəfindən bir-birlərinə göndərilirsə, deməli bu daha maraqlıdır və daha çox qabağa çəkilir".


Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər