00:00:00
Yazar
Admin User
14.10.2025 11:04 108 2 dəq oxuma
Dünya

Soyqırım edən İsrail 2000-ə yaxın fələstinli məhbusu azad edir

Soyqırım edən İsrail 2000-ə yaxın fələstinli məhbusu azad edir

İsrail Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 1718-i Qəzza zolağından olan 2000-ə yaxın fələstinli məhbusu azad edib.


Soyqırım edən İsrail 2000-ə yaxın fələstinli məhbusu azad edib
Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərdə, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində İsrailin cənubundakı Negev bölgəsindəki Ketziot həbsxanasında saxlanılan fələstinli məhbusların azad edildiyi bildirilib.


Hesabatda bu gün əvvəl işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah yaxınlığındakı Ofer həbsxanasından 96 fələstinlinin ilkin olaraq sərbəst buraxıldığı qeyd edilib.


İkinci mərhələdə 154-ü ömürlük və uzunmüddətli həbs cəzasına məhkum edilmiş 1872 fələstinli azad edilib. Onlardan 1718-i 2023-cü ilin oktyabrından Qəzza zolağında saxlanılıb.


Xəbərdə azad edilən fələstinlilərin Ketziot həbsxanasından 38 avtobus və 10 təcili yardım maşını ilə Qəzza zolağının cənubundakı Xan Yunisə aparıldığı bildirilib. Xəbərdə fələstinlilərin Xan Yunusda böyük izdihamla qarşılandığı qeyd edilib.Sərbəst buraxılan məhbuslardan bəzilərinin tibbi müayinədən keçmək üçün xəstəxanalara aparıldığı vurğulanan hesabatda ömürlük və uzunmüddətli həbs cəzasına məhkum edilmiş 154 fələstinlinin də Qəzzaya çatdığı, lakin Misirə göndəriləcəyi qeyd edilib.


Həmas Qəzzada atəşkəs və məhbus mübadiləsi sazişi çərçivəsində 20 nəfəri Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verərək sağ qalan bütün israilli məhbusları azad edib.


Fələstinli Məhbusların Media Ofisi həmçinin İsrailin atəşkəs çərçivəsində azad edəcəyi ömürlük həbs cəzasına məhkum edilmiş 250 fələstinlinin, eləcə də 2023-cü ilin oktyabr ayından Qəzzada saxladığı 1718 nəfərin siyahısını dərc edib.


Trt haber
Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər