00:00:00
Yazar
Admin User
09.06.2025 18:06 139 1 dəq oxuma
Dünya

Soyqırımçı İsrailin Qəzzaya hücumlarında son 24 saatda 47 nəfər həyatını itirib

Soyqırımçı İsrailin Qəzzaya hücumlarında son 24 saatda 47 nəfər həyatını itirib

Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən insan tələfatı və yaralılarla bağlı son məlumatlar paylaşılıb.

 

Son 24 saat ərzində Qəzzadakı xəstəxanalara 47 nəfərin cəsədi və 388 yaralı gətirilib.

 

İsrail ordusunun 19 yanvar tarixində əldə olunan atəşkəsi pozaraq 18 mart tarixindən bəri həyata keçirdiyi hücumlarda 4 min 649 fələstinlinin həyatını itirdiyi, 14 min 574 nəfərin isə yaralandığı bildirilib.

 

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində isə indiyədək 54 min 927 nəfər həyatını itirib, yaralıların sayı isə 126 min 615 nəfərə yüksəlib.

 

Qeyd olunur ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu ehtimal edilir.

 

TRT Xəbər 

Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər