00:00:00
Yazar
Admin User
13.05.2024 18:29 316 1 dəq oxuma
Dünya

"Şoyqu Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə rəhbərlik edəcək, lakin..."

"Şoyqu Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə rəhbərlik edəcək, lakin..."

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilən Sergey Şoyqu Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə rəhbərlik edəcək, lakin onun rəhbəri olmayacaq.

 

"Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin işinə nəzarət edəcək. O, bu xidmətin rəhbəri olmayacaq". O əlavə edib ki, xidməti Dmitri Şuqayev idarə edir.

 

Rusiya prezidenti Vladimir Putinin Rusiya icra hakimiyyətinin yeni strukturu haqqında fərmanına əsasən, əvvəllər Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət birbaşa Rusiya prezidentinə tabe edilib.

 

Putin daha əvvəl 2012-ci ildən Rusiya müdafiə naziri vəzifəsini icra edən Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqunu başqa vəzifəyə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilən Nikolay Patruşevin yerinə təyin etmişdi.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər