00:00:00
Yazar
Admin User
27.05.2025 14:48 169 1 dəq oxuma
Dünya

Şoyqu: Putin sentyabrda Çinə səfər edəcək

Şoyqu: Putin sentyabrda Çinə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin sentyabr ayında Çinə rəsmi səfər edəcək və militarist Yaponiya üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

 

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çərşənbə axşamı ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Çen Vençinqlə görüşündə məlumat verib. 

 


“Biz ikitərəfli əməkdaşlıq və beynəlxalq arenada strateji qarşılıqlı fəaliyyəti Rusiya-Çin tərəfdaşlığının əsas elementlərindən biri hesab edirik”, – deyə Şoyqu bildirib.

 

O həmçinin vurğulayıb ki, Rusiya ilə Çin arasındakı xarici siyasət əlaqələri “qlobal məsələlərdə mühüm sabitləşdirici amildir”.

 

Mənbə :Caliber

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər