00:00:00
Yazar
Admin User
10.12.2025 05:48 90 1 dəq oxuma
Dünya

"SpaceX" ABŞ-nin kəşfiyyat ehtiyacları üçün peyk daşıyan "Falcon 9" raketini buraxıb

"SpaceX" ABŞ-nin kəşfiyyat ehtiyacları üçün peyk daşıyan "Falcon 9" raketini buraxıb

"SpaceX" ABŞ-nin Hərbi Kosmik Milli Kəşfiyyat İdarəsinin ehtiyacları üçün peykləri olan "Falcon 9" raket daşıyıcısını işə salıb.

 

"İnformator.az" xəbər verir ki, buraxılış şirkətin "X"dəki səhifəsində yayımlanıb.

 

Raket yerli vaxtla saat 14:16-da (Bakı vaxtı ilə saat 23:16) Florida ştatının Kanaveral burnundan qalxıb. Uçuşdan bir neçə dəqiqə sonra "Falcon 9"un birinci mərhələsi uğurla yerə enib. Bu texnologiya "SpaceX"ə buraxılış xərclərini azaltmağa imkan verir.

 

NROL-77 missiyası "SpaceX"in bu il Hərbi Kosmik Milli Kəşfiyyat İdarəsi üçün üçüncü buraxılış olub.

 

ABŞ-nin kəşfiyyat peyklərinə nəzarət edən agentliyin fəaliyyəti olduqca məxfi saxlanılır. Peyklərin parametrləri və təsvirləri açıqlanmır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər