00:00:00
Yazar
Admin User
11.08.2025 14:37 123 1 dəq oxuma
Siyasət

Sərhədə 3-cü tərəfin qüvvələri yerləşdirilməyəcək

Sərhədə 3-cü tərəfin qüvvələri yerləşdirilməyəcək

Azərbaycan və Ermənistan qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin parafladığı "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsində əksini tapıb.

 

Sənədə əsasən, tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər