00:00:00
Yazar
Admin User
17.11.2025 17:05 124 2 dəq oxuma
Siyasət

Sərhəd bölgəsində mina hadisəsi

Sərhəd bölgəsində mina hadisəsi

Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində 2025-ci il 17 noyabr tarixində mina hadisəsi baş verib.

Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, hadisənin sülhə təsiri bir neçə istiqamətdə özünü göstərə bilər:

 

“Ermənistanla sərhəddə, Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində baş verən mina hadisəsi hər nə qədər lokal insident təsiri bağışlasa da, əslində regionda davam edən təhlükəsizlik boşluqlarını və sülh prosesinin həssaslığını üzə çıxaran ciddi siqnaldır. Post-münaqişə dövründə mina təhlükəsi yalnız humanitar problem deyil, həm də siyasi mesaj daşıyan amildir. Bu qəbildən olan hadisələr müzakirə olunan sülh müqaviləsinə, sərhədlərin delimitasiya–demarkasiya prosesinə və tərəflər arasında formalaşmağa çalışan etimad mühitinə mənfi təsir göstərir.

 

Hadisənin sülhə təsiri bir neçə istiqamətdə özünü göstərə bilər. Birincisi, Azərbaycan cəmiyyətində və siyasi dairələrdə Ermənistanın hələ də təxribat riskini tam aradan qaldırmadığına dair narahatlıqlar güclənəcək. Bu, etimadın formalaşmasını çətinləşdirən psixoloji faktordur. İkincisi, mina hadisələri rəsmi Bakının mövqeyini sərtləşdirə və danışıqlarda təhlükəsizlik təminatlarının daha konkret şəkildə tələb edilməsinə səbəb ola bilər. Üçüncüsü, Azərbaycan tərəfi bu insidenti Ermənistanın öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndirə bilər ki, bu da diplomatik müzakirələri daha gərgin müstəviyə keçirir.

 

Sərhəd təhlükəsizliyi baxımından bu hadisə iki mühüm problemi nümayiş etdirir. Birincisi, sərhəd xəttinin hələ də tam şəkildə müəyyənləşdirilməməsi və bəzi ərazilərdə hər iki tərəfin operativ nəzarətinin qeyri-sabit olması mina riski də daxil olmaqla təhlükəsizlik boşluqları yaradır. İkincisi, Ermənistanın mina xəritələrini tam və etibarlı şəkildə təqdim etməməsi post-münaqişə dövründə humanitar itkilərin davam etməsinə səbəb olur. Bu isə sülh prosesinin əsas komponenti olan etimadın bərpası üçün ciddi əngəldir.

 

Ümumilikdə, Bala Cəfərli hadisəsi bir daha göstərir ki, sərhədin hüquqi tənzimlənməsi, təhlükəsizlik zonalarının yaradılması və mina təmizlənməsi üzrə qarşılıqlı öhdəliklərin icrası tam təmin edilməyincə, sülh prosesi həssas və kənardan müdaxilələrinə açıq qalacaq. Bu insident yalnız bir hərbi risk deyil — həm də regionda sabitlik quruculuğu prosesinin nə qədər zərif olduğunu göstərən xəbərdarlıqdır”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər