Şri-Lankada güclü yağışlar faciəyə səbəb olub
Şri-Lankada 10 gün davam edən güclü yağışlar, sel və torpaq sürüşmələri nəticəsində ən azı 47 nəfər həlak olub, 21 nəfər isə itkin düşüb. Yerli medianın 27 noyabr məlumatına görə, xilasetmə işləri hazırda ən çox zərər görən bölgələrdə davam edir.
Fəlakətlərin 37-si son iki gündə qeydə alınıb. Fövqəladə Halların İdarəetmə Mərkəzi bildirir ki, 17 rayonda 5 800-dən çox insan ciddi şəkildə zərər çəkib, 10 nəfər isə yaralanıb. Battikaloa rayonunda yağan yağışın miqdarı 300 millimetrdən çox olub ki, bu da bölgə üçün qeyri-adi göstəricidir.
Ölkə ərazisində davam edən aşağı təzyiq sistemi güclü küləklər və intensiv yağış dalğaları gətirir. Hakimiyyət səkkiz yüksək riskli rayon üçün torpaq sürüşməsi barədə qırmızı xəbərdarlıq yayıb. Sakinlərə ehtiyatlı olmaq, zəruri olmadıqca evdən çıxmamaq və təxliyə çağırışlarına hazır olmaq tövsiyə edilib.
ANEWZ
Güllər Gülhüseynova