00:00:00
Yazar
Admin User
19.09.2025 19:47 159 2 dəq oxuma
Siyasət

Səssiz diplomatiya, açıq qarşı urma

Səssiz diplomatiya, açıq qarşı urma

ABŞ senatoru Fələstinin dövlət kimi tanınması üçün Senata qərar layihəsi təqdim edib. Bəs bu layihənin nəticəsində ABŞ-Fələstin münasibətləri yeni mərhələyə keçid edəcək?

 

Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Fələstinin dövlət kimi tanınmasının qarşısını alır:

 

“Fələstini bu günə qədər 147 BMT üzv dövləti tanıyıb. Yaxın günlərdə bu rəqəmin 150-ni keçəcəyi, Böyük Britaniya, Fransa və digər Avropa ölkələrinin də tanıma qərarı verəcəyi gözlənilir. Lakin bu prosesdə ABŞ iştirak etmir və əksinə, Fələstinin dövlət kimi tanınmasına mane olmağa çalışır. Böyük Britaniya və Fransa kimi ölkələr belə qərarları Trampın səfərindən sonra açıqlamaq niyyətindədirlər ki, diplomatik gərginlik yaranmasın. Halbuki BMT Baş Assambleyasının İsrail və Fələstin dövlətlərinin yaradılması barədə qərarı mövcuddur. İsrail mövcuddur, amma Fələstin hələ də real dövlət kimi formalaşmayıb. ABŞ-nin bu mövqeyi, Fələstinin dövlət kimi tanınmasının qarşısını alır və bölgədəki gərginliyin əsas səbəblərindən biri kimi qalır. Əgər bu tanınma baş versə, münaqişənin yumşaldılması, sülhün bərqərar olunması və humanitar fəlakətlərin qarşısının alınması mümkün ola bilər".

 

Siyasi şərhçi eyni zamanda qeyd edib ki, yaxın günlərdə gərginliyin artması gözlənilir:

 

"Hazırda isə İsrail–HƏMAS qarşıdurması davam edir, hərbi əməliyyatlar şiddətlənir və ölüm halları artır. ABŞ isə hələ də bu gərginliyə siyasi həll vermək əvəzinə, status-kvonu qorumağa çalışır. Bu bir növ səssiz diplomatiyadır”.

 

Bayramlı Zəri ‎

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər