00:00:00
Yazar
Admin User
16.08.2025 13:50 130 1 dəq oxuma
Siyasət

Starmer Rusiyanı hədələyib

Starmer Rusiyanı hədələyib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə hazırdır.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib. O bildirib, əgər Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşma əldə olunmasa, Moskva yeni məhdudiyyətlərlə üzləşəcək:

 

"Rusiya hərbi əməliyyatları dayandırmayınca, sanksiyalar davam edəcək və ölkə iqtisadiyyatına daha çox təsir göstərəcək. Britaniyanın Ukraynaya dəstəyi lazım olduğu qədər davam edəcək".

 

K. Starmer, həmçinin ABŞ Prezidenti Donald Trampın münaqişənin həllinə yönəlmiş səylərini yüksək qiymətləndirib və qeyd edib ki, bu mənada müharibənin sonu heç vaxt olmadığı qədər yaxın görünür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər