00:00:00
Yazar
Admin User
02.10.2025 09:49 77 1 dəq oxuma
Dünya

Starmer: Ukraynaya dəstəyin davam etdirilməsi, NATO-nun gücləndirilməsi zəruridir

Starmer: Ukraynaya dəstəyin davam etdirilməsi, NATO-nun gücləndirilməsi zəruridir

Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyin davam etdirilməsinin zəruri olduğunu bəyan edib.

 

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, o, bunu "Avropa Siyasi Birliyi"nin Kopenhagendə keçirilən sammitində panel müzakirəsi zamanı bildirib.

 

Onun sözlərinə görə, bu, təkcə Ukraynanın suverenliyi uğrunda deyil, həm də bütün Avropanın dəyərləri və azadlıqları uğrunda mübarizədir. Prezident qeyd edib ki, "Arzuedənlər koalisiyasının" işi, təhlükəsizlik zəmanətləri, ədalətli və uzunmüddətli sülh sazişinin təmin edilməsi istiqamətində səylər prioritet olaraq qalır, lakin bu, Ukraynaya dəstəyin başa çatması demək deyil.

 

"Bu, Ukraynanın mövqeyinin mümkün qədər daha da gücləndirilməsi deməkdir. Bu isə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini, uzaqmənzilli və pilotsuz təyyarələrə qarşı tədbirləri, habelə Rusiyanın aktivləri üzrə təzminat krediti ilə bağlı işləri əhatə edir", - o qeyd edib. Starmer həmçinin NATO-nun daha da gücləndirilməsi və xüsusilə enerji sektorunda və "kölgə donanması"na sanksiyalar vasitəsilə Rusiyaya qarşı iqtisadi təzyiqin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər