Starmer və Rutte Ukraynanı müzakirə edib
Ukraynada münaqişəyə sülh yolu ilə son qoymaq üçün aparılan danışıqlar sürətlənib.
"İnformator.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmerin ofisi onun NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığından sonra məlumat yayıb.
"Sülh danışıqları son günlər sürət qazanıb, lakin əsas diqqət Ukrayna üçün ədalətli və davamlı sülhün əldə edilməsinə yönəldilməlidir",- qeyd olunub.