"Stokholm sindromu" polemikasına çevrilib: CHP, DEM Partiyası və Ərdoğan nə deyib?
CHP sədri Özgür Özəlin partiyasının 39-cu qurultayındakı "Stokholm sindromu" ifadəsi DEM Partiyası ilə gərginliyə səbəb olub.
Prezident Rəcəb Tayyib Ərdoğan da “Kürd qardaşım kimin cəllad olduğunu çox yaxşı bilir” sözləri ilə müzakirəyə müdaxilə edib. Özgür Özəl qurultaydakı çıxışında belə deyib: “Hər kəsi istədiyi zaman bu partiya bağlansın, bağlanmırsa, Konstitusiya Məhkəməsi bağlansın deyənlərin demokratiyasını xatırlamağa dəvət edirəm”. Davamında isə, "Bir Stokholm sindromuna qapılmamağa, əlindən çətinliklə qurtulduğunuz cəlladınıza aşiq olmamağa dəvət edirəm” sözləri iki partiya arasında qarşılıqlı sərt açıqlamalara səbəb olub. Stokholm sindromu – bəzi girovların onları girov götürən şəxslərə qarşı məntiqsiz şəkildə müsbət hisslər bəsləməsini ifadə edən bir psixoloji haldır.
BBC NEWS
Səmayə Səftərova