00:00:00
Yazar
Admin User
02.09.2025 17:22 115 1 dəq oxuma
Sosial

Streslə necə başa çıxmalı?

Streslə necə başa çıxmalı?

Gündəlik həyatımızda bəzi maddi və mənəvi problemlər insanda stresə səbəb olur. Stres isə bir çox xəstəliklərin əmələ gəlməsində başlıca səbəbdir.

 

Mövzu ilə bağlı psixoloq Aygün Ağabalayeva bildirib ki, stres hər yaşda təhlükəli hesab edilir:

 

"Gənc yaşlı insanlarda stres panik ataka,orta yaşlı-yaşlı insanlarda isə ürək-damar xəstəliklərinə səbəb ola bilər. Stres insan orqanizminə həm fiziki, həm də, psixoloji cəhətdən mənfi təsir göstərir. İnsan hər hansı bir problem yaşadıqda daxili gərginlik artır və bu da nəticədə beyində qan dövranının pozulmasına gətirib çıxardır. Stresdən azad olmaq üçün məsləhət görərdim ki, insanlar sağlam yuxu rejiminə əməl etsinlər, düzgün qidalansınlar və bacardıqları qədər hərəkətsiz həyatdan uzaq dursunlar. Gün ərzində ən azı 15-20 dəqiqə sevimli məşğuliyyətinizə (kitab oxumaq, idman etmək və s.) vaxt ayırmaq sizə streslə mübarizədə çox kömək edəcək".


Kərimova Türkanə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər