00:00:00
Yazar
Admin User
16.08.2025 16:01 136 1 dəq oxuma
Sosial

Stressin gizli səbəbi

Stressin gizli səbəbi

Mənfi düşüncələr insan psixologiyasına ciddi təsir göstərir və çox zaman çıxılmaz ruh halları yaradır.

“İnformator.az”saytına açıqlamasında klinik psixoloq Xədicə Cəbrayılova bildirib ki, beyin üçün mənfi fikir təhlükə siqnalı rolunu oynayır və real təhlükə ilə fərqləndirilmir. Bu zaman stress hormonları artır, narahatlıq, güvənsizlik və enerjisizlik yaranır.
İnsan uğur qazandığı anda belə mənfi düşüncəyə qapıla bilər:


“Beyin çox vaxt uğursuzluğa əvvəlcədən hazır olmaq istəyir. Bu, müdafiə mexanizmi olsa da, motivasiyanı azaldır və hələ baş verməmiş bir hadisənin ağrısını yaşamağa məcbur edir.Mənfi düşüncələrin tez yaranmasının həm evrimsəl, həm psixoloji, həm də mədəni səbəbləri var. Beyin tarixən təhlükələri daha tez görməyə öyrəşib, mənfi emosiyalar beyində daha güclü iz buraxır, uşaqlıqdan alınan ‘diqqətli ol’, ‘səhv etmə’ kimi mesajlar isə bu düşüncə tərzini gücləndirir”.


Cəbrayılovanın sözlərinə görə, mənfi düşüncələr riskdən qaçmağa, enerji itirməyə və nəticədə uğursuzluğu qaçılmaz etməyə səbəb ola bilər. Bununla belə, çıxış yolları da mövcuddur. Psixoloq “Koqnitiv yenidənqurma” texnikalarını, şüurlu diqqət (mindfulness) məşqlərini, uğurlu nəticəni təsəvvür etməyi, ən pis ssenarini düşünməklə qorxunu azaltmağı və gündəlik kiçik uğurların qeyd olunmasını faydalı metodlar kimi göstərib.


“Mənfi düşüncə tamamilə pis deyil, çünki o, bizi diqqətli olmağa vadar edir. Amma idarəni ələ almasına imkan vermək olmaz, çünki bu halda inkişafı əngəlləyir”.

 

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər