00:00:00
Yazar
Admin User
16.09.2025 18:20 131 1 dəq oxuma
Sosial

Su ehtiyatlarının qorunması

Su ehtiyatlarının qorunması

Su həyatın ən vacib mənbələrindən biridir.


Mövzu ilə bağlı ekoloq Amin Məmmədov bildirib ki, Azərbaycan Qafqaz regionunda su ehtiyatlarına görə kasıb ölkə sayılır:

 

"Ölkənin su ehtiyatlarının 70%-dən çoxu transsərhəd çaylar olan Kür və Araz çayının və bir neçə digər transsərdəd çayların hesabına formalaşır. Bu transsərhəd çaylar da, öz başlanğıcını qonşu ölkədən götürür və artıq Azərbaycana daxil olduqda müəyyən təsirə məruz qalır. Ona görə də, onun suyundan tam miqyasda istifadə etmək mümkün olmur. Azərbaycanda son illərdə su ehtiyatlarında azalma müşahidə olunur. Bu baxımdan gələcək illərdə su ilə bağlı problemlərlə üzləşə bilərik. Ona görə də, hökümətin təcili tədbirlər görməsi mütləqdir. İqlim dəyişikliyi su ehtiyatlarına təəssüf ki, mənfi təsir göstərir. Çünki,iqlim dəyişikliyi nəticəsində istiləşmənin müşahidə olunması buxarlanmanın çoxalmasına, yağıntının azalmasına gətirir. Bu da, su ehtiyatlarının azalmasına öz təsirini göstərir. Su israfçılığının qarşısının alınması üçün torpaq kanallarını beton kanallarla əvəz etmək olar. Eyni zamanda da, məişətdə sudan istifadə ciddi nəzarətə götürülməli, maarifləndirmə tədbirləri artırılmalıdır ki, insanlar sudan istifadə edərkən maksimum qənaət etsinlər".

 

Türkanə Kərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər