00:00:00
Yazar
Güllər Gülhüseynova
22.04.2026 21:18 20 1 dəq oxuma
Dünya

Sudana qayıdan 4 milyon insan infrastruktur böhranı ilə üz-üzə

Sudana qayıdan 4 milyon insan infrastruktur böhranı ilə üz-üzə

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) xəbərdarlıq edir ki, son aylarda təxminən dörd milyon insan həyatlarını yenidən qurmaq ümidi ilə Sudana qayıdıb. Lakin əsas xidmətlərə və infrastruktura təcili investisiya yatırılmasa, bu qayıdışlar davamlı olmaya bilər.


Qayıdışlar əsasən Əl-Cəzirə və Xartum bölgələrində cəmləşib. Buna səbəb bəzi ərazilərdə təhlükəsizliyin nisbətən yaxşılaşması, iqtisadi çətinliklər, ailə birləşməsi və həm ölkə daxilində, həm də qonşu dövlətlərdə məcburi köçkünlərin yaşayış şəraitinin pisləşməsidir.

 

“Bir çox insan üçün evə qayıdış bərpa prosesinin başlanğıcı olmalıdır. Lakin əksər hallarda bu, sıradan çıxmış xidmətlər, dağılmış evlər və yeni qeyri-müəyyənliklə üzləşmək deməkdir”,- deyə IOM-un Baş direktor müavini Sun-A Li (SungAh Lee) Sudana səfəri zamanı bildirib.

 

Münaqişənin ən gərgin dövründə təxminən 12 milyon insan döyüş bölgələrini tərk edib; onlardan 4 milyondan çoxu qonşu ölkələrə sığınıb. Hazırda təxminən 9 milyon insan ölkə daxilində məcburi köçkün statusunda qalmaqdadır.

 

Artan qayıdışlar, xüsusilə Xartumda onsuz da zəifləyən səhiyyə, su, elektrik və mənzil sistemlərinə əlavə təzyiq yaradır.

 

ANEWZ

Lalə Qurbanlı

 

#böhranı #azərbaycan #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər