00:00:00
Yazar
Admin User
08.12.2025 14:45 108 1 dəq oxuma
Dünya

Sudanda 100-dən çox insan öldürülüb

Sudanda 100-dən çox insan öldürülüb

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus Sudanında uşaq bağçasına və xəstəxanaya edilən, 114 nəfərin həlak olduğu bildirilən hücumu “mənasız” adlandırıb.


Cümə axşamı günü ölkənin Cənubi Kordofan bölgəsində yerləşən Kaloqi qəsəbəsindəki bu müəssisələrə pilotsuz uçuş aparatları ilə hücum edilib və BMT-yə görə ölənlər arasında 63 uşaq da var.


Ölkədə davam edən vətəndaş müharibəsinin tərəflərindən biri olan Rapid Support Forces (RSF – Sürətli Dəstək Qüvvələri) həm rəqibi olan ordunun, həm də Sudan Həkimlər Şəbəkəsinin hücumu həyata keçirməkdə ittiham etdiyi tərəfdir. Başqa bir hadisədə isə RSF ölkənin ən böyük neft yatağı olan Heqliqə nəzarəti ələ keçirdiyini iddia edib.


BBC News
Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər