00:00:00
Yazar
Admin User
09.12.2025 18:10 127 2 dəq oxuma
Siyasət

Səudiyyə Ərəbistanı və Qətər müdafiə əməkdaşlığını gücləndirir

Səudiyyə Ərəbistanı və Qətər müdafiə əməkdaşlığını gücləndirir

Səudiyyə Ərəbistanında keçirilən Səudiyyə–Qətər Koordinasiya Şurasının iclasında iki ölkə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlib. Qətərin rəsmi xəbər agentliyinin məlumatına görə, tərəflər xüsusilə müdafiə sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni addımlar atmağa qərar veriblər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, Səudiyyə Ərəbistanı və Qətər arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ilk növbədə, Körfəz Ərəb Ölkələri Şurasına üzv olan digər ərəb ölkələrinin, xüsusilə, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Oman kimi dövlətlərin bu əməkdaşlıq ətrafında birləşməsinə təkan verə bilər:

 

"Bu əməkdaşlığın möhkəmləndirilməsi, bölgədə İranın maraqlarına zidd proses kimi qiymətləndirilə bilər. Həm Səudiyyə Ərəbistanı, həm də digər Körfəz ölkələri İranla istər dini-məzhəb, istər geosiyasi, istərsə də enerji (neft və qaz) sənayesi kontekstində müəyyən gərginlik yaşayır. Bu proses, ərəb ölkələrinin regionda daha ciddi bir gücə çevrilməsinə səbəb ola bilər. Yaxın keçmişdə İsrail hava qüvvələri Səudiyyə Ərəbistanın hava məkanından istifadə edərək Qətərdə Həmas-a məxsus obyektlərə zərbə endirməsi faktı baş verib. Belə hadisələr, region ölkələrinin bir-birindən ərazi təhlükəsizliyi baxımından zəmanət tələb etməsinə səbəb ola bilər.
Digər tərəfdən, İsrail-İran arasında münaqişə hələ də tam başa çatmış hesab edilmir. 12 günlük müharibə zamanı İranın ABŞ-nin müharibəyə qoşulmasından qısa müddət sonra Qətərdə yerləşən Amerika hərbi bazasını hədəf alması, gələcəkdə baş verə biləcək analoji münaqişələrdə İranın Körfəz ölkələrinə və onların ərazisində yerləşən hərbi bazalara hücum ehtimalını gündəmə gətirir. Bu səbəbdən, region dövlətləri arasında təhlükəsizlik əməkdaşlığı İranı bu cür addımlardan çəkindirmək məqsədi daşıya bilər. Bundan əlavə, sürətli dəmir yol xəttinin istifadəyə verilməsidə şübhəsiz ki, ərəb ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, regional ticarətin asanlaşmasına və yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq".


Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər