Sumi bölgəsində 2 yaşayış məntəqəsinin nəzarəti ələ keçirilib
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumi bölgəsində iki yaşayış məntəqəsinin nəzarətə alındığını açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı əməliyyatlarına dair son məlumatlar paylaşılıb.
Açıqlamada Rusiya ordusunun Ukrayna cəbhəsində irəlilədiyi vurğulanaraq, “Şimal Hərbi Qrupu birliklərinin qətiyyətli əməliyyatları nəticəsində Sumi bölgəsinin Vladimirovka və Belovodı yaşayış məntəqələri azad edilib”, – deyə qeyd olunub.
Bildirilib ki, son 24 saat ərzində Ukrayna ordusuna məxsus 220 pilotsuz uçuş aparatı (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulub. Onlardan 139-u cəbhə xəttindən kənarda məhv edilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən də Donetsk bölgəsindəki Romanovka yaşayış məntəqəsinin ələ keçirildiyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin ötən həftə Ukrayna ordusunun sərhəddəki mülki şəxslərə hücum etdiyini və bu səbəbdən Rusiya ordusunun sərhəd boyunca bufer zona yaradacağını açıqlayıb.
Haber Global
Nuray Əliyeva