00:00:00
Yazar
Admin User
25.10.2025 14:36 140 1 dəq oxuma
Siyasət

Sumqayıtda meyitdən orqan nəqli ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

Sumqayıtda meyitdən orqan nəqli ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru" adlı beynəlxalq elmi konfrans keçirilib.

 

"İnformator.az" xəbər verir ki, tədbir Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı, Səhiyyə Nazirliyi, TƏBİB və "Florence Healthcare International"ın birgə təşkilatçılığı ilə baş tutub.

 

Konfransda meyitdən orqan nəqli, transplantasiya sahəsində görülən işlər, bu istiqamətdə beynəlxalq təcrübə və gələcək hədəflər müzakirə olunub.

 

Tədbirin açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova və digər rəsmi şəxslər iştirak ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər