00:00:00
Yazar
Asiman Vəliyeva
25.02.2026 19:27 19 1 dəq oxuma
Maraqlı Özəl

Süni intellekt çatbotları emosional dəstəkdə nə qədər effektivdir?

Süni intellekt çatbotları emosional dəstəkdə nə qədər effektivdir?

Son illərdə süni intellekt əsaslı çatbotlar sürətlə inkişaf edərək insanların gündəlik həyatına daha dərindən inteqrasiya olunub. Artıq bir çox istifadəçi emosional dəstək, məsləhət və hətta ruhi yönləndirmə üçün bu platformalara müraciət edir. 24/7 əlçatanlıq, anonimlik və sürətli cavab imkanı çatbotları xüsusilə gənclər arasında populyar edib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, çatbotların real faydası gecə saat 3-də danışacaq biri olması, mühakimə edilmə qorxusu olmadan özünü ifadə etmək, terapevtə pul ödəyə bilməyənlər üçün bir başlanğıc nöqtəsi ola bilər:


“Bunlar kiçik  görünsə də, real üstünlüklərdir. Amma tam əvəzetmə günümüzdə mümkün deyil. Səbəb texnologiya deyil. İnsanin terapevti ilə yaranan  bağ, güvən, hissi önəmli faktordur. İnsan sosial varlıqdır.  Çatbot bunu simulyasiya edə bilər amma eynisini yaşada bilməz.
Süni intellekt çatbotu empatik görünür, amma bu empatiya modeli ilə əsl empatiya eyni şeydir? Məncə, yox. 
Biz insanlar qarşımızdakı insan olduqda onun da bizim kimi problemləri ola biləcəyini anlayırıq. Emosialara sahib biri vasitəsilə anlaşılmaq, süni intellekt komputeri vasitəsilə anlaşılmaq arasında böyük fərq olduğunu düşünürəm. Məsələ süni intellektdə yox bizim onun komputer olmasını bilməyimizdədir”.


Səadət Əlizadə

#dəstəkdə #xəbər #baki #qədər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər