00:00:00
Yazar
Admin User
24.08.2015 12:04 534 1 dəq oxuma
Sosial

Şura müsabiqə qalibləri üçün məlumatlandırma sessiyası keçirib

2015-ci ilin ikinci maliyyə müsabiqəsi çərçivəsində maliyyələşdirilən layihələrin rəhbərlərinin iştirakı ilə məlumatlandırma sessiyası keçirilib.
Şura müsabiqə qalibləri üçün məlumatlandırma sessiyası keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında 2015-ci ilin ikinci maliyyə müsabiqəsi çərçivəsində maliyyələşdirilən layihələrin rəhbərlərinin iştirakı ilə məlumatlandırma sessiyası keçirilib.

Şuradan İnformator-a verilən məlumata görə, toplantıda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələrin icrasında effektiv nəticənin əldə olunması, büdcənin idarə edilməsi, yeni hesabatlılıq qaydaları və layihələrin qiymətləndirilməsi metodologiyası ilə bağlı fikirlərini bildirib.

Şura Katibliyinin əməkdaşları Xanım Cəbrayılova, Elnur Bağırlı, Nigar Ağakişiyeva və Mirzağa Zaidov layihələrin idarə olunması, hesabatlılıq, nəzarət və monitorinq məsələləri ilə bağlı təlimatları QHT rəhbərlərinin diqqətinə çatdırıb. Sessiyada QHT rəhbərləri layihələrin icrasının müxtəlif istiqamətləri, o cümlədən təlimlərin təşkili, hesabatların hazırlanması ilə bağlı təkliflərini səsləndirib. Toplantının sonunda QHT təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər