Suriya prezidenti Almaniyaya gedib
Suriya Prezidenti Əhməd əş-Şaranın Almaniyaya səfəri başlayıb.
"İnformator.az" xəbər verir ki, səfər çərçivəsində Əhməd əş-Şara Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
Görüşdə ikitərəfli münasibətlərin gələcəyi və regiondakı vəziyyət müzakirə edilib, Yaxın Şərqdə sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb. Prezident Frank-Valter Ştaynmayer Almaniyanın Suriyada sabitliyin bərqərar olunması, yenidənqurma və islahatların həyata keçirilməsi işinə dəstək göstərməyə hazır olduğunu bir daha ifadə edib.
Səfər çərçivəsində Suriya Prezidentinin Almaniya kansleri Fridrix Merzlə də görüşü olacaq.