00:00:00
Yazar
Admin User
12.11.2025 16:25 129 2 dəq oxuma
Dünya

Suriya Prezidenti BVF Baş İcraçı Direktoru ilə Görüşüb

Suriya Prezidenti BVF Baş İcraçı Direktoru ilə Görüşüb

Suriyanın prezidenti Əhməd əl-Şəraa bazar günü Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) baş icraçı direktoru Kristalina Georgiyeva ilə görüşüb. Görüşdə Suriyanın xarici işlər naziri Əsad Həsən əş-Şeybani də iştirak edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki,10 ildən artıq davam edən vətəndaş müharibəsindən sonra Suriyada iqtisadiyyat məhv olub, infrastruktur dağılıb:

 

"Bərpa prosesi isə sanksiya və maliyyə çatışmazlığı səbəbindən ləngiyir. Baxmayaraq ki, Suriya hökuməti sanksiyaların müəyyən qədər ləğvinə nail olub, amma hələ də maliyyə sıxıntısı davam edir. Bu ilin ilk altı ayında daha çox Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərdən olmaqla Suriyaya 28 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Məsələ burasındadır ki, bu vəsait illərlə məhv edilmiş ölkəni dirçəltməyə yetərli deyil. Bu baxımdan Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun Baş icraçı direktoru ilə görüş Suriya Prezidentinin Əhməd əş-Şaraa üçün əhəmiyyətli idi. BVF rəhbərinin əməkdaşlığa hazır olduğunu deməsi qurumun yaxın vaxtlarda Suriyaya maliyyə dəstəyi verə biləcəyindən xəbər verir. Təbii ki, bu dəstəyin şərtləri də olacaq. Şərtlər isə qurumla yanaşı, ABŞ-nin də regionda maraqlarının qorunmasını ehtiva edəcək. Təbii ki, Əhməd əş-Şaraa danışıqlarda ortaq məxrəc tapmağa çalışır və Suriyanın da maraqlarını dilə gətirir. İndiki mərhələdə isə Suriyanın maraqları daha çox investisiya və maliyyə dəstəyinin əldə olunması ilə bağlıdır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər