Suriyada devrilmiş rejim ünsürlərinə əməliyyat
Suriya rəsmi xəbər agentliyi SANA, Lazkiyənin Beyt Ana kəndində devrilmiş rejim ünsürlərinin təhlükəsizlik qüvvələrinə hücum etdiyini və bir təhlükəsizlik əməkdaşının öldüyünü bildirib.
Hadisə yerinə gedən təcili yardım maşını da hücuma məruz qalıb. Təhlükəsizlik qüvvələri kəndə əlavə qüvvələr göndərib və bölgədə toqquşmalar gedir. Beyt Ana kəndi, "Qaplan Qüvvələri"nin komandiri və qətliamları ilə tanınan Süheyl əl-Həsənin doğulduğu yerdir. Suriya ordusu son iki gündə Lazkiyə və Dərada silahlarını təhvil verməkdən imtina edən devrilmiş rejim ünsürlərinə qarşı əməliyyatlara başlayıb.
Mənbə:Haber Global
Bənövşə Zahidli