00:00:00
Yazar
Admin User
30.01.2025 16:29 277 1 dəq oxuma
Dünya

Suriyada keçid administrasiyasının prezidenti elan edilən Əhməd əl-Şara kimdir?

Suriyada keçid administrasiyasının prezidenti elan edilən Əhməd əl-Şara kimdir?

Suriyada Əsəd administrasiyasını devirən İslamçı yaraqlı Heyət Təhrir əl-Şam təşkilatının (HTŞ) lideri Əhməd əl-Şara keçid dövrünün prezidenti elan edilib.

 

 Bu barədə çərşənbə günü, yanvarın 29-da Dəməşqdə bağlı qapılar arxasında keçirilən "Qələbə Konfransı"nda məlumat verilib.

 

 Konfransdan sonra verilən açıqlamada Əl-Şaranın keçid dövründə Suriya Ərəb Respublikasının prezidenti vəzifəsini icra edəcəyi və bütün beynəlxalq tədbirlərdə ölkəni təmsil edəcəyi qeyd edilib.

 Hərbi Əməliyyatlar İdarəsinin sözçüsü Həsən Əbdülqəni də açıqlamasında 2012-ci il konstitusiyası ilə parlamentin buraxıldığını və müvəqqəti qanunvericilik şurasının yaradıldığını açıqlayıb.

 Əl-Şara konfransda açılış nitqi söyləyib.

 

Mənbə :BBC News türkçe

Nigar Həsənzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər