00:00:00
Yazar
Admin User
18.10.2025 19:57 124 1 dəq oxuma
Dünya

Suriyada rus bazalarının fəaliyyəti dayandırılıb

Suriyada rus bazalarının fəaliyyəti dayandırılıb

Suriya keçən hakimiyyətin dövründə imzalanmış razılaşmaların, o cümlədən Rusiya hərbi bazalarına dair sazişlərin yenidən nəzərdən keçirildiyini açıqlayıb.

 

"İnformator.az" xəbər verir ki, bunu Suriya xarici işlər naziri Əsəd əş-Şeybani “Əl-İxəbəriyyə” telekanalına müsahibəsində bildirib.

 

“Əvvəlki rejimlə bağlanan razılaşmalar dayandırılıb və yeni sənədlər hələ imzalanmayıb”, - o qeyd edib.

 

Onun sözlərinə görə, Rusiya bazalarının fəaliyyəti hazırda dayandırılıb və tərəflər bu mövzunu yenidən müzakirə edir.

 

Şeybani əlavə edib ki, məsələ Suriya Prezidenti Əhməd əş-Şaranın Moskvaya səfəri zamanı Vladimir Putinlə görüşün gündəmində olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər