Şəxsi həyat toxunulmazlığının pozulması
Son zamanlar yeni mediada, əsasən, sosial şəbəkələrdə şəxsi həyatın toxunulmazlığını pozan paylaşımlar ilə rastlaşırıq. Şəxsin icazəsi olmadan foto, video və digər məlumatları paylaşılır.
Şəxsin razılığı olmadan şəkil,foto, videosunu çəkmək və ya paylaşmaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə azadlıqdan mərhum etmə cəzasınadək cəza tətbiq oluna bilər.
Bu sözləri hüquqşünas Əkrəm Həsənov "İnformator.az"a açıqlamasında deyib.
Hüquqşünasın sözlərinə görə, burada ciddi problem təqsirkarı müəyyən etməkdir. Onlar çox vaxt bu əməli saxta profillər vasitəsilə həyata keçirirlər. Saxta profillərdən istifadə etmək də qanun pozuntusudur. Bəzən olur ki, o əməlləri törədənlər heç Azərbaycanda deyil, xaricdə yaşayırlar. Bu da internetin və sosial şəbəkələrin mənfi cəhətlərindəndir. Yeni media məlumatlığımızı, söz azadlığımızı çoxaltsa da, bəzən hüquqlarımızı da pozur. Bəziləri təkliflər edirlər ki, sosial şəbəkələrə giriş üçün məhdudiyyət qoyulsun və ya xüsusi qeydiyyat tələb olunsun, lakin bu da söz azadlığının məhdudlaşdırılmasına gətirib çıxarır.
Əkrəm Həsənov qeyd etdi ki, şəxsi həyatın toxunulmazlığını pozan şəxsləri müəyyən etmək mümkün olduq da məsuliyyətə cəlb edilir.
Asiman Hafizqızı