00:00:00
Yazar
Admin User
07.03.2025 14:03 148 1 dəq oxuma
Dünya

Türkiyə "Avropanın təhlükəsizliyi" üçün liderlik etməyə hazırdır

Türkiyə "Avropanın təhlükəsizliyi" üçün liderlik etməyə hazırdır

Kathimerini qəzeti "Yunanıstan Türkiyənin Avropa təhlükəsizliyi üçün artan əhəmiyyətinə uyğunlaşmalıdır" başlığını dərc edib. Eyni qəzetdə çıxan başqa bir xəbərdə Türkiyənin Avropa müdafiəsindəki roluna diqqət çəkilib.

 

Səfirlərin iftar süfrəsində Türkiyə-Yunanıstan münasibətlərində müsbət ab-havanın qorunduğunu vurğulayan prezident Ərdoğan, “Avropanın təhlükəsizliyini Türkiyəsiz təsəvvür etmək mümkün deyil” dedi. Bu müsbət mesajların ardınca Yunan mətbuatında Türkiyə ilə bağlı tərifli xəbərlər və şərhlər diqqət çəkir. Eyni qəzetdə çıxan başqa bir xəbərdə Türkiyənin Avropa müdafiəsindəki roluna diqqət çəkilib. “Türkiyə “Avropanın təhlükəsizliyi” üçün liderlik etməyə hazırdır” şərhi də yer alıb. Türkiyənin Avropa İttifaqının üzvü olmasa da, bir çox üzv ölkələrlə müdafiə sahəsində tərəfdaşlıq əlaqələri qurduğu ətraflı izah edilib. Ta Nea qəzetindəki xəbərdə ABŞ - Avropa Birliyi - Türkiyə üçbucağında kənarda qalmaqdan qorxan Yunanıstan üçün ən yaxşı variantın Türkiyə ilə yaxşı yola getməsi vurğulanıb. Türkiyə ilə Yunanıstan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının aprel ayında Ankarada keçirilməsi planlaşdırılır.

Aysel Mirzəyeva

TRT Haber

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər