00:00:00
Yazar
Admin User
06.06.2025 13:29 110 1 dəq oxuma
Dünya

Türkiyə Azərbaycana tekstil məhsulları ixracını artırıb

Türkiyə Azərbaycana tekstil məhsulları ixracını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 19,358 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

 

"İnformator.az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 % çoxdur.

 

Təkcə mayda Türkiyə Azərbaycana 4,038 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,5 % çoxdur.


Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % artaraq 4 milyard 047 milyon ABŞ dollarına çatıb, mayda isə 1 % azalaraq 854 milyon ABŞ dollarına enib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər