00:00:00
Yazar
Admin User
01.07.2025 08:19 120 1 dəq oxuma
Dünya

Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb

Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb

Türkiyə hökuməti bu gündən Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları 15 faiz artıraraq 5.83 dollara çatdırıb.

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, gəmilərin tranzit dəyəri təxminən 40 il ərzində - 2022-ci ilə qədər dəyişməz qalıb, lakin o vaxtdan bəri xərclər hər il artıb.

Qeyd olunur ki, yığılan vəsaitin əhəmiyyətli hissəsi Türkiyə boğazlarında təhlükəsizliyin təmin edilməsinə, trafik izləmə sisteminin genişləndirilməsinə və infrastrukturun yenilənməsinə sərf olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər