Türkiyə bundan sonra da Azərbaycana dəstəyini davam etdirəcək
TBMM-in Büro üzvü bildirib ki, Türkiyə bundan sonra da Azərbaycana dəstəyini davam etdirəcək.
Mövzu ilə bağlı “İnformator.az” açıqlamasında Politoloq Tural İrfan bildirib ki, Türkiyə Azərbaycana ən yaxın, ən etibarlı dövlətdir. Məlumdur ki, eyni millət olmağımız, tarixi köklərimiz, milli, etnik bağlar və mədəni, mənəvi dəyərlər siyasi müttəfiqliklə birlikdə ölkələrimizi daha yaxınlaşdırıb:
“ Türkiyə Azərbaycana hər cür dəstək verir. Eyni zamanda Azərbaycan da Türkiyə üçün əhəmiyyətli müttəfiqdir. Təkcə hərbi yöndən deyil, iqtisadi, ticari və demək olar ki, mülkün olan bütün sahələrdə əlaqələr var, bu daha da inkişaf etməkdədir. Düşünürəm ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyə və Azərbaycan daha da sıx birləşəcək və iqtisadi, ticari münasibətlər maksim dərəcədə yüksələcək. Artıq özü bir qüdrətə çevrilən Türkiyə ilə hesablaşmağa məcbur olan bəzi güclər Azərbaycanla müttəfiqliyə rəğmən maraqlarının həyata keçirilməsində diqqətli olmağa məcbur qalırlar. Azərbaycan ilə Türkiyə arasında demək olar ki, əlaqələr hər gün inkişaf edir. Ermənistan ilə sülh zəminində bu münasibətlərdən ümumi region ölkələri də bəhrələnəcək. Hasan Tutanın bu bəyanatı regiondakı geosiyasi vəziyyət və durum fonunda müsbət qiymətləndirirəm. Mütəmadi olaraq Türkiyə rəsmilərinin bu top bəyanatlar verməsi Azərbaycana qarşı hər hansısa mənfi niyyətin dər ediləcəyinə mesajdır. Əsasən Rusiya və İranın pərdə arxasından iş çevirmək niyyətlərinə qarşı Türkiyənin bu cür xəbərdarlıq xarakteri daşıyan bəyanatları məkrli planların pozulmasına xidmət edir. Təbii ki, 44 günlük müharibədəki qələbəmiz bizə doğma və yaxın olan, müttəfiqimiz Türkiyə üçün də vacib, önəmli hadisə idi. Kədəri kədərimiz, sevinci sevincimiz olan bir ölkə təbii ki, bizim qələbəmizi də öz qələbəsi hesab edir və buna sevinir. Bu eyni zamanda Türk dövlətləri arasında qürur mənbəyidir. Birliyə, yaxınlığa mənəvi güc qazandırır və Azərbaycanı qüdrətli dövlət kimi təqdim edir. Türk dünyasının zəfəri sayıla biləcək Qarabağ zəfəri Türk dünyasının mənəvi birliyini daha da möhkəmlətdi. Hesab edirəm ki, bu mənəvi bağlar daha da inkişaf edəcək və Azərbaycan öz qələbəsi, öz qüdrəti ilə nəinki Türk dünyasında, müsəlman aləmində, bütün dünyada öncül və liderliyi qəbul edilən dövlətə çevriləcək. BMT-nin, ATƏT-in həll edə bilmədiyi, böyük güclərin, imperilist qüvvələrin təhdidləri qarşısında torpaqlarını qısa müddətdə azad edib savaşdığı dövləti də sülhə getməkdən başqa yol buraxmayan, regionda sabitliyi təmin edən dövlət olaraq Azərbaycana şübhəsiz ki, maraq və diqqət getdikcə artmaqdadır“.
Reyhan Quliyeva
