00:00:00
Yazar
Admin User
13.10.2025 19:11 122 1 dəq oxuma
Dünya

Türkiyə Fələstin davasında fəal rolunu davam etdirir

Türkiyə Fələstin davasında fəal rolunu davam etdirir

Türkiyə Vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Qəzza xalqı bütün çətinliklərə baxmayaraq, öz ləyaqətini və iradəsini qoruyub və vətənini tərk etməyib. Yılmaz vurğulayıb ki, Türkiyə bütün imkanları və Prezident Rəcəb Tayyib Ərdoğanın qabaqcıl diplomatiyası ilə Fələstin davasında gələcəkdə də fəal rol oynayacaq.

 

Vitse-prezident qeyd edib ki, Qəzzada atəşkəsdən sonra keçirilən “Sülh üçün Şarm əl-Şeyx Zirvəsi”ndə liderlərlə məsləhətləşmələr aparılıb və Niyyət Bəyannaməsi imzalanıb. O, imzalanan sənədin bölgədə qalıcı sülh üçün mühüm addım olduğunu, humanitar yardımların fasiləsiz çatdırılması və Qəzzanın yenidən qurulması üçün əsas yaratdığını bildirib.

 

Yılmaz həmçinin ümid etdiyini bildirib ki, əldə olunan razılaşma iki dövlətli həll yoluna doğru yeni imkanlar açacaq.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər