Türkiyə Fələstinlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə bəyanat təqdim edib
Türkiyə, Birləşmiş Millətlər Təşkilatı və BMT agentliklərinin işğal olunan Fələstin ərazilərindəki fəaliyyətləri ilə bağlı İsrailin öhdəliklərini açıqlayan bəyanatı Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.
Türkiyə Böyük Millət Məclisinin Ədalət Komissiyasının sədri Cüneyt Yüksel bildirib ki, bu qərar fələstinli qaçqınların humanitar ehtiyaclarını çətinləşdirməklə yanaşı, həm də BMT-nin verdiyi beynəlxalq hüquqi müdafiənin pozulması deməkdir. BMT-nin yardım təşkilatının Fələstində ikinci ən böyük məşğulluq mənbəyi olduğunu xatırladan Yüksel, məktəb, xəstəxana, qadın mərkəzləri kimi bir çox xidmətlərin bu təşkilatlar vasitəsilə təmin edildiyini qeyd etdi.
Yüksel, "Türkiyə Fələstin xalqının milli hüquqlarının tanınması üçün hər fürsətdə güclü mövqe nümayiş etdirir",- dedi.
Mənbə: trt haber
Asiman Vəliyeva