00:00:00
Yazar
Admin User
12.11.2025 08:38 141 2 dəq oxuma
Siyasət

Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı məsləhətləşib

Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı məsləhətləşib

Bu görüş region ölkələri arasında təhlükəsizlik və fövqəladə hallar üzrə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur. Məsləhətləşmələr həmçinin, gələcəkdə oxşar hallara hazırlıqlı olmaq məqsədini daşıyır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki,təyyarə qəzasından sonrakı Azərbaycan-Türkiyə məsləhətləşmələri, məşhur Qarabağ Bəyannaməsinin ruhuna tərəflərin nə qədər sadiq olduğunu göstərir:

 

"Eyni zamanda tərəflər öz fəaliyyətlərini bu bəyannamənin tələbləri əsasında necə koordinasiya etdiklərini də nümayiş etdirirlər. Qarabağ Bəyannaməsində fövqəladə və təxirəsalınmaz hallarda iki ölkə arasında strateji məsləhətləşmələr və müxtəlif sahə qurumları arasında işgüzar əlaqələr birgə fəaliyyət forması kimi nəzərdə tutulub. İstisna etmək olmaz ki, bu təyyarə qəzasının arxasında müəyyən təxribat və düşmən niyyətləri var. Çünki qəza zamanı Türkiyənin hərbi personalı Bakıda keçirilən Zəfər paradında iştirakdan qayıdırdı və bu fakt diqqət çəkicidir. Ona görə də burada hər cür kənar müdaxilələrin olması ehtimalını istisna etmirik.Azərbaycan, Türkiyə və Gürcüstanın bu məsələ ilə bağlı üçtərəfli əməkdaşlığa dərhal başlaması müsbət haldır və göstərir ki, tərəflər bu hadisənin tam, dəqiq araşdırılmasında maraqlıdırlar. Bu hadisənin ətrafında aparılan araşdırmalar gələcəkdə region dövlətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün stimul ola bilər. Onsuz da bu üç ölkənin münasibətləri dostluq və qardaşlıq xarakterlidir, amma belə məqamlarda daha sıx ünsiyyət gələcəkdə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini bir daha göstərir.

 

Azərbaycan, Türkiyə və Gürcüstan regionun sabitliyində mühüm rol oynayır və bu cür məsələlər ətrafında səmimi əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Təyyarə qəzasının araşdırılmasında müxtəlif sahələr üzrə orqanların və diplomatik qurumların əməkdaşlığı olduqca önəmlidir. Əslində, bu üç ölkə arasında diplomatik münasibətlər həmişə yüksək səviyyədə olub. Xüsusilə də Mərkəzi Asiya və Avropa arasında nəqliyyat və enerji əlaqələrində bu üç ölkənin əməkdaşlığı xüsusi rol oynayır. Ona görə də bu qəzanın ardından onların yenidən qüvvələrini birləşdirməsi təqdirəlayiqdir. Bu, həm də qəzanın arxasındakı bütün şübhəli məqamların tam araşdırılacağına ümid yaradır. Bu, vacibdir, çünki unutmamalıyıq ki, təyyarə Azərbaycandan çıxıb, Türkiyəyə məxsusdur və Gürcüstan ərazisində qəzaya uğrayıb. Odur ki, qəzanın bütün detalları sonadək araşdırılmalıdır və bu, gələcək münasibətlərə müsbət təsir göstərəcək".

 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər