00:00:00
Yazar
Admin User
27.10.2025 14:04 150 2 dəq oxuma
Dünya

"Türkiyə həlledici addımlar atacaq"

"Türkiyə həlledici addımlar atacaq"

PKK terror təşkilatı rəhbəri Abdulla Öcalanın çağırışı ilə Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Qərar Qəndil bölgəsində keçirilən 12-ci toplantıda qəbul edilib. Bu addımla təşkilatın tərksilah prosesində yeni mərhələyə keçildiyi bildirilir.

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında qeyd edib ki, PKK terror təşkilatının ləğvi Türkiyə tarixində dönüş nöqtəsi hesab oluna bilər:

 

“Çünki PKK uzun illər ərzində Türkiyə dövlətçiliyinə çox ciddi zərbələr vurub. PKK bir layihə olaraq Türkiyə dövlətinə təsir imkanlarını saxlamaq və Türkiyənin inkişafını əngəlləmək üçün ortaya atılan layihədir. PKK-nın ləğv edilməsi məsələsi, Türkiyənin diplomatik gücünün artmasına, eyni zamanda digər istiqamətlərdə inkişafına səbəb olacaq amillərdən biridir. Amma PKK terror təşkilatının Türkiyə ərazisindən çıxması bu təşkilatla bağlı problemin tam olaraq aradan qalxdığını demək deyil. Çünki, hazırda Türkiyə üçün Suriyanın ərazi bütövlüyü prinsipial əhəmiyyət daşıyır və Türkiyədə PKK-nın törəmə quruluşu olan YPG terror təşkilatının hələ də fəaliyyət göstərməsi, dövlətə tabe olmaması və müxtəlif xarici dövlətlərlə Türkiyə əleyhinə fəaliyyət göstərməsi niyyətlərini davam etdirməsi,Türkiyə üçün təhdid yaradır”.

 

Siyasi şərhçinin sözlərinə görə, PKK-nın Türkiyə ərazisindən çıxması Türkiyə ilə bağlı terror təhdidinin tam olaraq aradan qalxması anlamına gəlmir: 

 

“Türkiyə təmkinli davranır və daha çox diplomatik dəstək qazanmağa səy göstərir. Hazırda Birləşmiş Ştatlar-Türkiyə münasibətlərinə nəzər salsaq, o zaman Türkiyənin diplomatik fəaliyyətinin artıq effektiv nəticə verdiyini deyə bilərik. Bu da onu deməyə əsas verir ki, bundan sonrakı mərhələdə PKK və YPG terror təşkilatının aradan qalxması eyni zamanda Suriyanın ərazi bütövlüyünün təmin olunması barədə Türkiyə prinsipial və həlledici addımlar atacaq. Ona görə hesab edirəm ki, Türkiyənin istər PKK-nın, istərsə də YPG-nin ləğv olunması ilə bağlı fəaliyyəti davamlı olacaq. Bu da təbii ki Türkiyə üçün müsbət prespektivlər vəd edir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər