Türkiyə ilə dialoqumuz beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə töhfə verir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Türkiyə ilə dialoqumuz beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə töhfə verir və əlavə edib:
“Türkiyə ikitərəfli və beynəlxalq gündəmdə geniş sahələri əhatə edən mövzularda konstruktiv dialoqu davam etdirdiyimiz tərəfdaşımızdır."
Zaxarova paytaxt Moskva şəhərində keçirdiyi həftəlik mətbuat konfransında gündəlik mövzularla bağlı açıqlamalar verdi.
“ABŞ-nin İranda baş verən etirazlar zamanı nümayişçilərin ölümü ilə əlaqələndirdiyi yüksək vəzifəli iranlı rəsmilər və komandanlara qarşı hücumlar təşkil etməyi planlaşdırdığı barədə iddialar var. İranlı rəsmilər bu cür hücumlardan qorunmaq üçün Rusiyadan dəstək istəmişdirmi?” sualına cavab verən Zaxarova bildirib ki, Rusiyanın İranla bağlı mövqeyində heç bir dəyişiklik yoxdur.
O, əlavə edib: “Moskva və Tehran arasındakı sıx siyasi dialoq çərçivəsində bu ölkədəki vəziyyətin inkişafının müxtəlif tərəflərinə maraq göstərilir. Eyni zamanda ümid edirik ki, sağduyu üstünlük təşkil edəcək."
TRT XƏBƏR
Lalə Qurbanlı
