00:00:00
Yazar
Admin User
26.08.2025 13:50 74 1 dəq oxuma
Dünya

“Türkiyə ilə münasibətlərə xüsusi önəm veririk”

“Türkiyə ilə münasibətlərə xüsusi önəm veririk”

İran Türkiyə ilə mehriban qonşuluq münasibətlərinə böyük önəm verir. Bu fikri İranın mədəniyyət və islam irşadı naziri Abbas Salehi Tehranda jurnalistlərlə söhbətində bildirib.


Nazir “Anadolu” agentliyinin müxbirinin 2025-ci ilin Türkiyə və İran Mədəniyyət İli çərçivəsində keçiriləcək mədəni tədbirlər və layihələrlə bağlı sualını cavablandırarkən qeyd edib:


“Bizim Türkiyə ilə bütün sahələrdə yaxşı əlaqələrimiz mövcuddur və bu münasibətlər uzun illərdir davam edir”.


Onun sözlərinə görə, Prezident Məsud Pezeşkiyanın da dediyi kimi, “biz qonşularla sadəcə qonşu deyilik, bir ailəyik. Sərhədlər ola bilər, amma mədəni və tarixi əlaqələr o qədər dərin köklərə malikdir ki, biz özümüzü bir ailə kimi görürük”.


Nazir əlavə edib ki, müxtəlif səviyyələrdə mütəmadi əlaqələr, o cümlədən Prezident Məsud Pezeşkiyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşlər Ankara ilə Tehran münasibətlərinə xüsusi məzmun verir.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər